Çinin şimal-şərqində Lyaonin əyalətində fabriklərdən birində partlayış baş verib.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış nəticəsində üç nəfər ölüb, 21 nəfər yaralanıb. Partlayışın əməkdaşların partlayıcı maddələr ilə iş apardığı zaman baş verdiyi bildirilir. Məlumata görə, yaralıların həyatı üçün təhlükə yoxdur, onlar xəstəxanaya yerləşdiriliblər.
İnsidentin dəqiq səbəbləri araşdırılır.