Tezliklə Azərbaycan və İran arasında Qəbələ-Urmiya aviareysinin açılması planlaşdırılır.
APA xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, uçuşlar paritet əsasda formalaşacaq: "Artıq texniki razılıq əldə olunub. Yaxın zamanda hava nəqliyyatı əlaqələri yaranacaq".