3 Mart 2017 15:04
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Vlaeri Gerasimov NATO-nun hərbi komitəsinin nümayəndəsi Petr Pavel ilə telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu, münasibətlərin dondurulmasından sonra NATO-Rusiya arasında hərbi nümayəndələrin ilk telefon danışığı olub.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. NATO-nun təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Şərqi Avropada gərginliyin azaldılması və alyansın bu bölgədə hərbi varlığını artırması məsələsi müzakirə ediblər.

Samir


Müəllif: