11 Mart 2017 00:40
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Millətlər Assambleyasının və “One free world international” beynəlxalq humanitar təşkilatının dəvəti ilə Kiyevdə olan Kanada parlamentinin deputatları Toni Klement və Keyti Morin Vaqantolla Ali Rada keçirilən görüşdə Donbas münaqişəsi ilə yanaşı Dağlıq Qarabag münaqişəsindən də danışılıb.


Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, görüşdə Ali Radanın vitse spikeri Oksana Sıroid, deputatlar Mixail Bondar, Nikolay Velçikov, Georgi Loqvinskiy və Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, o cümlədən təşkilatın rəhbəri Rev Macid Əl Şəfi iştirak edib.

Kanada ilə əməkdaşlıq çərçivəsində Ukraynaya hazırkı münaqişə fonunda mümkün kömək ətrafında aparılan müzakirə zamanı keçmiş Sovet ölkələrindəki münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. R. Tağıyev görüş iştirakçılarına Ukraynadakı etnik xalqların hazırkı situasiyada fəal iştirakı ilə yanaşı, həmçinin eyni münaqişə əziyyətinin vətəni Azərbaycanın da çəkdiyi , tarixi vətəninin bu münaqişə nəticəsində 20 faiz torpağının hələ də işğalda olması barədə məlumat verib. Kanadalı və Ukraynalı deputatlar müzakirələrdə Donbasla yanaşı Dağlıq Qarabağ münaqişəsinin də tezliklə həll olunmasına çağırıb, əks halda hazırkı status kvonun qaldıqca daha çox fəsada yol açacağından danışıblar, beynəlxalq əməkdaşlıqda bu məsələlərin birgə qaldırılması barədə razılığa gələrək mətbuata bəyanat veriblər. Görüşdə münaqişə bölgəsinə humanitar köməyin gücləndirilməsi ilə yanaşı həmçinin Ukraynada yaşayan milli azlıqların fəaliyyəti də müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər