14 Mart 2017 09:11
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarının 3-cü raundu başlayıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstan xarici işlər naziri Kayrat Əbdülrəhmanov məlumat verib.

Onun sözlərinə görə, ilk olaraq, iştirakçılar ikitərəfli görüşlər keçirəcəklər: "Türkiyə və İran danışıqlara xarici işlər nazirinin müavini səviyyəsində qatılıb. Rusiyanı prezident Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, BMT-ni isə Mişel Struqar təmsil edir. Suriya müxaliflərinin nümayəndəsi və İordaniyadan olan diplomat bu gün Astanaya gələcək. Bu raund ərzində girovların dəyişdirilməsi üçün xüsusi qrupun yaradılması müzakirə ediləcək. Ümid edirəm ki, danışıqlar uğurlu nəticə ilə yekunlaşacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər