Hollandiyada martın 15-də keçirilmiş parlament seçkilərinin ilk nəticələri məlum olub.
Teleqraf.com xəbər verir ki, nəticələrə əsasən, seçkilərdə baş nazir Mark Ryuttenin rəhbərlik etdiyi "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq" partiyası irəlidədir. Partiya 150 yerlik parlamentdə 33 mandat qazanıb.
Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq" partiyası isə hələlik 18 mandat qazana bilib.
Qeyd edək ki, Hollandiya parlamentinin aşağı palatası 150 deputatdan ibarətdir. Ölkədə hökumət parlament çoxluğu tərəfindən formalaşdırılır.
Samir