18 Mart 2017 10:49
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokioda Yaponiya və Rusiya diplomatları Kuril adalarında birgə təsərrüfat fəaliyytinin istiqamətləri ilə bağlı müzakirələrə başlayıblar.

Teleqraf.com xəbər verir ki, danışıqların birinci raundunda Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba və onun rusiyalı həmkarı İqor Morqulov iştirak edir.

Yaponiya hazırda Rusiyaya məxsus olan Kuril adaları silsiləsinə - İturup, Kunaşir, Şikotan və Habomai arxipelaqına iddialıdır. 2016-cı ilin dekabrında Yaponiyada keçirilən sammit zamanı baş nazir Ş.Abe və prezident V.Putin həmin adalarda birgə təsərrüfat fəaliyyəti barədə razılığa gəliblər. Bu ilin aprelində Ş.Abenin Rusyaya səfəri gözlənilir. Səfər zamanı Baş nazirin iki ölkə arasında əməkdaşlığı daha da intensivləşdirməyə və II Dünya müharibəsindən sonra hələ də qalan sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çalışacağı bildirlir.


Müəllif:

Oxşar xəbərlər