29 Mart 2017 12:57
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə barəsində həbs qətiimkan tədbiri seçilmiş Qırğızıstan parlamentinin "Ata-Məkan" müxalifət partiyasının lideri Omurbek Tekebayevin tərəfdarları etiraz aksiyası keçiriblər.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, aksiyaçılar Bişkekin mərkəzindəki "Köhnə" meydana yığışıblar.

Milli təhlükəsizlik xidmətinin əməkdaşları Tekebayevi fevralın 26-da ATƏT Parlament Assableyasının Vyanadakı iclasından Bişkekə qayıdan zaman saxlayıblar. Qırğızıstan Baş Prokurorluğu siyasətçiyə qarşı dələduzluq və korrupsiya ittihamı irəli sürüb. Tekebayevin vəkilləri qərardan apelliyasiya şikayəti verərək, müxalifət liderinin 2 aylıq həbs cəzasının ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Aksiyaçılar Ali Məhkəmənin binası qarşısına yığışaraq, həbs cəzasının ləğv edilməsini tələb ediblər. Nümayiş iştirakçıları hesab edir ki, Tekebayevin həbsi siyasi xarakter daşıyır.

Qırğızıstanın hazırki prezidenti Almazbek Atambayev ölkə polisinə müraciət edib. O deyib ki, polis respublika əhalisinin öz mövqelərini bildirmək hüququna hörmətlə yanaşmalıdır və qanun pozuntusuna imkan verməməlidir. Atambayev bununla bağlı ölkənin daxili işlər naziri Ulan İsrailova tapşırıq verib.

Ali Məhkəmə Tekebayevlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, müxalifət lideri aprelin 25-dək həbsxanada qalacaq. Mitinq iştirakçılarının adından çıxış edən "Ata-Məkan" partiyasından olan deputat Almambet Şıkmamatov qərarla bağlı beynəxalq instansiyalara müraciət edəcəklərini bildirib. O əlavə edib ki, Tekebayevin tərəfdarları aprelin 25-də yenidən Ali Məhkəmənin binası önünə yığışacaqlar.

Tekebayev "Ata-Məkan" sosialist partiyasının qocaman rəhbərlərindən biridir. O, iki mühüm qırğız inqilabında, 2005-ci ildı birinci prezident Əsgər Akayevin və 2010-cu ildə onu əvəz edən Kurbanbek Bakiyevi devrilməsində iştirak edib.

Samir


Müəllif: