3 Aprel 2017 09:45
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu parlament seçkilərində səsvermə zamanı qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı "İnterfax" agentliyi Ermənistan Baş Prokurorluğunun nümayəndəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, ümumilikdə 2000-ə yaxın şikayət daxil olub: "Ümumi şikayətlərdən 392-də cinayət əlamətləri aşkarlanıb. 121 cinayət əməlində başqasının yerinə səs vermə, 115-ində seçicinin öz iradəsindən istifadə etməsinə mane olma, 77-sində səsvermə sirrinin pozulması, 63-də KİV nümayəndəsinin və müşahidəçinin işinə maneə törətmə halları aşkar edilib".

Prokurorluqda bildiriblər ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanıb, bir nəfər saxlanılıb.

Qeyd edək ki, dünən keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir. Məlumata görə, ilk yeri səslərin 49,06 %-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,58 %) qərarlaşıb. Bülletenlərin 88%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,69% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,61%) qabaqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər