17 Aprel 2017 21:27
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti: "Dayanmaq yox, yola davam etmək lazımdır"

Referendumdan sonra ilk dəfə Ankaraya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciət edib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan artıq referendumla bağlı bütün müzakirələrin bitdiyini deyib: "Buradan "hə" də desə, "xeyr" də desə, seçkiyə gedərək səs verən hər kəsə təşəkkür edirəm. "Hə" deyənlərə isə bu dəyişikliyə verdikləri dəstəyə görə, xüsusilə təşəkkür edirəm. Partiyaları "hə" qərarı versə də, referendumun əleyhinə çıxan vətəndaşları da anlayışla qarşılayıram. Demək ki, konstitusiya dəyişikliyinin əhəmiyyətini lazımi qədər çatdıra bilməmişik".

Ərdoğan deyib ki, dəyişikliklərin lehinə 25 milyon 225 min səs verilib və bununla da müzakirələr bitib: "Prezident kimi fəaliyyətimə davam edəcəyəm. Dayanmaq yox, yola davam etmək lazımdır".


Müəllif:

Oxşar xəbərlər