Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib.
ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin açıqlamasında qeyd edilib ki, Dövlət Departamentinin təsdiqlədiyi silah satışı haqda sənədlər barədə Konqresə məlumat verilib.
Sənədə görə, ABŞ Birləşmiş Ərəb Əmrliyinə 60 ədəd Patrol antiballistik raket, 100 ədəd GEM-T (Taktik ballistik raket) və digər silahlar verəcək.
Məlumatda qeyd edilir ki, silah alış-satışına dair təşəbbüs Birləşmiş Ərəb Əmirliyindən gəlib.
Qeyd edilir ki, bu silahlar Birləşmiş Ərəb Əmrliyinə verildikdən sonra körfəz ölkəsinin hava və raket hücumlarından daha etibarlı qorunmaq imkanı olacaq.
Cavad