Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Zülfüqari seçkilərin təhlükəsizliyini qorumaq, baş verə biləcək hər hansı təhdidin və ya mümkün küçə iğtişaşlarının qarşısını almaq məqsədilə çevik polis alayının yaradıldığını bildirib:
“Ölkədə hüquq-mühafizə qüvvələrinin 260 min əməkdaşı seçkilərin təhlükəsizliyini təmin edəcək, hər hansı qanun pozuntusunun qarşısını qəti şəkildə alacaq. Səsvermə məntəqələrinin təhlükəsizliyini qoruyacaq həmin qüvvələrin bir hissəsini də SEPAH əsgərləritəşkil edir”.
Qeyd edək ki, son günlər İranın bir sıra hökumət saytları qarşıdan gələn prezident seçkilərinin və onun nəticəsinin elan edilməsindən sonra paytaxt Tehranda və ölkənin digər şəhərlərində 2009-cu ildə olduğu kimi küçə iğtişaş və etirazları baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Seçkilərdə 6 namizəd - Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba mübarizə aparacaq.
Samir