15 May 2017 19:57
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yerli vaxtla saat 14:00-da Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb. Rusiya Federasiyası Ali Məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin "Ümumrusiya Azərbaycanlıları Konqresi" (ÜAK) İctimai təşkilatının qeydiyyatının ləğv edilməsi barədə iddiasını təmin edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, məhkəmə bu qərarını ÜAK-nı nizamnaməsinin Rusiya qanunvericiliyinin tələblərinə cavab verməməsi ilə əsaslandırıb. "Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə iddiası təmin edilsin", - məhkəmənin qərarında deyilir. Bundan öncə Rusiya Ədliyyə Nazirliyi ictimai təşkilata yönəlik nəzarət-yoxlama tədbirləri zamanı ÜAK-ın Nizamnaməsinin mövcud qanunvericiliyə cavab vermədiyinin müüəyyən edildiyini bəyan etmişdi. Xüsəsən də təşkilatın adının onun fəaliyyətinin xarakteri ilə uyğun gəlmədiyi bildirilmişdi. Öz növbəsində ÜAK nümayəndələri məhkəmənin bügünkü iclasında Ədliyyə Nazirliyinin müəyyən etdiyi pozuntuların aradan qaldırılması üçün tədbirlər görüldüyünü açıqlayıblar. "Təşkilatın bütün şöbələri ilə birlikdə qeydiyyatının ləğvi haqqında qərar əndazəni aşmaqdır.

Bu qərar Ədliyyə Nazirliyinin nümayəndəsinin dediyi formal məsələlərə uyğun deyil. Məhkəmənin bu qərarı nəticəsində 3 milyonluq Azərbaycan diasporu Moskvada rəhbərsiz qalacaq", - ÜAK-ın nümayəndəsi bildirib. Hələlik məhkəmənin qərarı qanuni qüvvəyə minməyib. Bir ay ərzində qərardan apelyasiya şikayəti verilə bilər.


Müəllif:

Oxşar xəbərlər