Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, satışdakı eniş səbəbiylə bu qərara gəldiyini açıqlayan şirkət bundan əvvəl Hindistana yeni modellər gətirəcəyini açıqlamışdı.
Maddi itkilər üzündən bu plandan imtina Hindistanla birgə Cənubi Afrika bazarından da çıxmağa hazırlaşan General Motors bu iki ölkədə “Şevrolet” avtomobillərinin satışını il sonuna qədər dayandıracaq. Şirkət daha çox Çin və Latın Amerikasındakı investisiyalarına ümid etdiyini açıqlayıb.
Qeyd edək ki, “General Motors” keçən il 800 milyon dollarlıq zərərdən sonra çalışmalarını sürücüsüz avtomobil texnologiyasının inkişafına yönəltmişdi.
Şəfiqə Nazimqızı