21 May 2017 01:38
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının üsyançıları Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurduqlarını bildiriblər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadeen" telekanalı husilərin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, vurulan Amerika istehsalı olan "F-16" qırıcısıdır. Lakin hərəkatın üzvü ekipajın sağ qalıb-qalmaması və hadisənin Yəmənin hansı vilayətində baş verdiyini açıqlamayıb.

Səudiyyə hərbçiləri hələlik xəbərə münasibət bildirməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər