23 May 2017 18:44
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə 30 il əvvəl ikinci əl əşyaların satıldığı bazardan 10 Britaniya funtuna alınmış bir brilliant üzüyü hərraca çıxarılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, üzüyün təxminən 350 min funta satılacağı gözlənilir.

Bu kimi dəyərli əşyaların sərgiləndiyi Sotheby’s muzeyi şirkətinin nümayəndəsi Cessika Uindhemin bildirdiyinə görə, brilliant sahibi 1980-ci illərdə aldığı üzüyün daşının dəyərli olduğunu bilməyib və uzun illər adi üzük kimi taxıb.

Çünki brilliant elə də parıldamırmış. Halbuki bu, 19-cu əsrdən qalma 26 karatlıq brilliant üzük imiş.

Üzük 7 iyulda hərraca çıxarılacaq. Zinət əşyası üçün indiyə kimi ən yüksək 350 min funt təklif edən şəxs adının açıqlanmasını istəməyib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər