23 May 2017 20:13
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisin mərkəzində balta və tapança ilə silahlanmış 3 naməlum şəxs zərgərlik mağazasına hücum edib.

Teleqraf.com-un məlumatına görə, soyğunçular müştərilərin də olduğu mağazaya daxil olaraq vitrinləri sındırıb, orada olan zərgərlik məmulatlarını soyublar.

Polisin mağaza rəhbərliyinə istinadən verdiyi məlumata görə, mağazadan 5 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb.

Hazırda həmin şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər