25 May 2017 08:17
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə zinət əşyaları mağazasına silahlı hücum olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, silahlı və baltalı soyğunçular 5 milyon avro dəyərində zinət əşyaları götürərək qaçıblar.

Soyğun paytaxtın bahalı zinət əşyaları mağazalarının yerləşdiyi Vendome meydanında baş verib. Müştəri kimi mağazaya daxil olan bir nəfər silahla işçiləri təslim alıb. Bu əsnada içəriyə daxil olan digər 2 nəfər silah və balta ilə mağazada olanları qorxudaraq vitrindəki 5 milyon avro dəyərində saat və bahalı zinət əşyalarını torbalara doldurublar.

Bir neçə saniyə davam edən soyğun sonrası oğrular mağaza önündə onları gözləyən maşına minərək sürətlə gözdən itiblər.

Polis oğruları tapmaq üçün axtarışa başlayıb.

İlhamə Əbülfət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər