Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Münhen şəhərində etdiyi çıxış zamanı Avropa ölkələrinin öz qayğılarına özlərinin qalmalı olduğunu bildirib.
İtaliyanın Siciliya adasında keçirilən "G-8" sammitindən qayıdan Merkel Almaniyada "başqalarına tamamilə inandığımız dövrlər geridə qaldı. Bunu son günlər gördüm" deyib.
Merkel ABŞ və İngiltərə ilə dostluq münasibətlərin davam edəcəyini qeyd edərək "amma biz avropalılar olaraq gələcəyimiz üçün mübarizə aparmalıyıq. Öz talehimizi özümüz müəyyən etməliyik", deyə bildirib.
Merkel Avropa ölkələrinə yönəli Almaniyanın yardım etməsi məsələsinə də münasibət bildirib. Qeyd edib ki, Avropa yaxşı olanda Almaniya da yaxşı olur.