2 İyul 2017 00:32
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli təhlükəsizliyə yönəlmiş hər bir təhdidə qəti cavab veriləcək.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Suriyadan Türkiyə ərazisinin atəşə tutulmasına münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizlik və dövlət sərhədlərini qorumaq üçün zəruri addımlar atacaq: "Suriya, İŞİD və PKK terrorçularının fəaliyyəti də daxil olmaqla istənilən təhlükənin dərhal qarşısı alınacaq. Cavab çox sərt və adekvat olacaq".


Müəllif: Teleqraf.com