8 İyul 2017 10:08
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün BMT-nin plenar iclasında iştirak edən 193 ölkədən 122-si nüvə silahının qadağan olunmasını nəzərdə tutan sazişi imzalayıb.

Teleqraf.com xəbər verir ki, yeni sənədə imza atan ölkələrə nüvə silahına sahib olmaq, onun sınağını keçirmək qadağan olunub. Sənəddə həmçinin nüvə silahı və digər nüvə partlayıcılarının yayılması və ya hansısa ərazidə yerləşdirilməsi də qadağan edilib.

Sənəd bu il sentyabrın 20-nə qədər imzalanmaq üçün açıqdır.

"Bu saziş nüvə silahı olmayan dünyanın yaradılması istiqamətində mühüm addımdır" - deyə BMT Baş katibi Antonio Quterreş deyib.

ABŞ, Rusiya, Pakistan kimi nüvə silahı olan ölkələr razılaşmaya qoşulmayıblar.


Müəllif: Günay Əli

Oxşar xəbərlər