29 İyul 2017 00:05
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək.

Məlumata görə, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.

6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.

3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir. (Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər