Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Şimali Koreyanın ballistik raket sınaqlarını müzakirə ediblər.
Ağ Evdən verilən məlumata görə, Tramp və Abe KXDR-ə təzyiqlərin artırılması barədə razılığa gəliblər:
"Təzyiqlər iqtisadi və diplomatik yollarla həyata keçiriləcək. Digər ölkələri də bu tədbirlərə qoşulmağa dəvət edirik".
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə iyulun 28-də ballistik raket sınağı həyata keçirib. KXDR lideri Kim Çen İn bu sınağı ABŞ-a xəbərdarlıq kimi qiymətləndirib.