2 Avqust 2017 11:20
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahillərində xüsusi turizm bölgəsi açmağı planlaşdırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, planlara görə, bölgədə qadınların niqab taxması, eləcə də qadın və kişilərin ayrı-ayrı yerlərdə çimməsi öhdəlikləri olmayacaq.

Məlumata görə, layihənin icrasını vəliəhd Məhəmməd ibn Salmanın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu üzərinə götürüb.

2030-cu ildə istifadəyə veriləcək turizm bölgəsindən ildə 15 milyard dollar gəlir əldə ediləcəyi, 35 min insana xidmət göstəriləcəyi bildirilib. Bölgə 200 kilometrlik ərazini əhatə edəcək.


Müəllif: Samir

Oxşar xəbərlər