7 Avqust 2017 01:41
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada bir qrup hərbçi prezident Nikolas Maduro əleyhinə üsyan qaldırdığını elan edib.

Bu barədə "El Nacional" hərbçilərin sosial şəbəkədə yayılmış videogörüntülərinə istinadən xəbər verib.

Bildirilir ki, qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir. O, qeyd edib ki, hərbçilər Nikolas Maduronun "öldürücü zülmünə" qarşı qanuni üsyan qaldırıblar.

"Qeyd edək ki, bu, dövlət çevrilişi deyil. Bu, konstitusiya qaydasını bərpa etmək üçün vətəndaş və hərbçi hərəkətidir. Amma daha çox ölkəmizi gənclərimizin və ailələrin qətlini dayandırmaqdan xilas etməkdir", - deyə o bildirib.

Qeyd edilir ki, Kaqvaripano "dissident hərəkatına dəstək verdiyi üçün" 2014-cü ildən axtarışdadır.
\Report\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər