19 Avqust 2017 21:08
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Xarici İşlər naziri Siqmar Qabrielin son fikirlərinə kəskin reaksiya verib.

Teleqraf.com "CNN Türk"ə istinadən xəbər verir ki, Prezident Ərdoğan yenidən Almaniyadakı Türk seçicilərə çağırış edərək deyib: "Almaniya rəhbərliyi təbii narahat oldu. Həmən hop oturub hop qalxmağa başladılar. Amma biz də çalışacağıq. Səy göstərməyimiz lazımdır. Bu anda Avropada bizi dinləyən qardaşlarıma səslənirəm: demokratik haqqınızdan seçkidə ən ideal şəkildə istifadə edib bunlara ən gözəl dərsi verməlisiniz".

Almaniya Baş naziri Merkelə 4 min terrorçunun dosyesini verdiyini ifadə edən Prezident Ərdoğan sözlərinə belə davam edib:

"Bu terrorçuların dosyeləri təəssüf ki, qəbul edilmədi. Amma onlar da məndən bir neçə adamı ekstradisiya etməyimi istədilər. Qüsura baxmayın, səndə məhkəmə varsa, bizdə də məhkəmə var. Onların bir Xarici İşlər nazirləri var, heç həddini bilmir. Sən kimsən ki, Türkiyənin prezidenti ilə danışırsan? Sən Türkiyənin Xarici İşlər naziri ilə danış. Həddini bil. Bizə dərs verməyə çalışır. Sənin siyasətdəki keçmişin nədir? Neçə yaşındasan? Həyatımız siyasətdə, mübarizələrlə keçdi. Almaniyanın qapısını bizə açmamağınız heç əhəmiyyətli deyil. Bizə qapısını açan ölkələrə sevə-sevə gedirik, biz də onlara qapımızı açırıq".

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Siqmar Qabriel bu günlərdə federal hökumətin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ilk nəticələrini verdiyini deyib: "İqtisadi basqı təsirini göstərir".

İnsan haqları müdafiəçisi Peter Steudtner və digər almanların həbs olunmasından sonra Almaniya Xarici İşlər Nazirliyi 20 iyulda Türkiyəyə səyahət imkanlarını sərtləştirib və alman şirkətlərini Türkiyəyə sərmayə qoymamağa çağırıb.

Siqmar Qabriel bu xəbərdarlığın ardından Türkiyə tərəfinin terroru dəstəklədikləri iddiasıyla hazırladığı və 680 alman şirkətinin daxil edildiyi siyahını qəbul etmədiklərini bildirib. O, hətta Ərdoğanın "alman şirkətlərinin yanlışlıq ucbatından siyahıya salındığını açıqladığını" söyləyib. Elə bu məqam da Ərdoğanın ciddi etirazına səbəb olub.

Nahid


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər