21 Avqust 2017 12:37
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın baş naziri Sooronbek Jeenbəkov bu gün hökumətin iclasında istefaya getmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bunu prezident seçkisində iştirak etmək istəyi ilə əlaqələndirib.

Baş nazirin namizədliyi artıq Qırğızıstan Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qırğızıstan qanunlarına görə, Nazirlər Kabinetinin üzvü olan şəxs seçkidə iştirak edərsə, müvəqqəti olaraq istefaya getməlidir. Jeenbekovun gedişi bütün hökumətin istefası deməkdir.

“MSK mənim namizədliyimi təsiqləyib. Təmiz seçki keçirməyə təminat vermək üçün mən bu gün postumu təhvil vermək qərarına gəlmişəm”, - deyə baş nazir iclasda bildirib.

Baş nazir nahardan sonra istefa ərizəsi ilə prezidentə müraciət edəcəyini bildirib.

S.Jeenbekovun 58 yaşı var. O, baş nazir postunu 2016-cı ilin aprelindən tutur.

Qırğızıstanda növbəti seçkilər oktyabrın 15-də keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər