İraqın Telafer şəhəri İŞİD terror qruplaşmasından tamamilə azad edilib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İraq ordusunun briqada generalı Nacem Əl-Cabiri bildirib.
"Şəhərdə zəbt edilmiş ərazi qalmayıb, təmizlik aparılır. Yalnız şəhərin kənarında Askar rayonu qalıb. Sabah təhlükəsizlik qüvvələri onu da azad edəcək", - general deyib.
Qeyd edək ki, Telafer şəhərində əməliyyatlar avqustun 20-dən aparılır.