3 Sentyabr 2017 00:39
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Ukrayna ərazisini tərk etməlidir. Əks halda o, məhkəmənin qərarı ilə məcburən deportasiya olunacaq.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə dünən axşam Ukrayna Miqrasiya Xidmətindən bildirilib.

Xidmətin yaydığı açıqlamada bildirilir ki, David Saakaşvilinin hələ aprelin 16-da Ukrayna ərazisində işədüzəlmə və yaşamaq müddəti qanuni şəkildə ləğv edilib: "Bu barədə məlumatı Mixail Saakaşvili özü aprelin 16-da sosail şəbəkədə yayıb. Lakin indiyə qədər David Saakaşvili Ukraynanı tərk etməyib. Bu isə Ukraya qanunlarına hörmətsizlik və onları pozmaqdır".

Qeyd edək ki, sentyabrın 2-də David Saakaşvili polis tərəfindən saxlanılaraq, Miqrasiya Xidmətinə təhvil verilib.


Müəllif: Nahid

Oxşar xəbərlər