Rəsmi Tehran ABŞ təyyarələrinə İranın hava məkanına daxil olmağı qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın hava hücumundan müdafiə bazasının komandanı, general Əmir Fərzad İsmaili bəyan edib.
O deyib ki, İran ikili standartlar nümayiş etdirə bilməz. “Biz bəyan edirik ki, ABŞ özündənrazı dövlətdir, ona görə də biz ABŞ aviasiyasına, o cümlədən sərnişin daşımaları üçün İran hava məkanına daxil olmasına icazə verə bilmərik. Çünki İran ABŞ hökumətinin siyasətinə qarşıdır”.
Qeyd edək ki, ABŞ avia-kompaniyaları bu günə qədər İranın hava məkanından müstəsna hallarda istifadə edib.