ABŞ Prezidenti Donald Trampın Florida aeroportunda verdiyi açıqlama sərt reaksiyalara səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp “İrma” qasırğasından əziyyət çəkən şəxslərlə görüşüb.
Daha sonra jurnalistlərin qarşısına çıxan ABŞ prezidenti qasırğa nəticəsində yaranmış fəsadları aradan qaldıran şəxslərə təşəkkür edib.
Qasırğa zamanı azı 20 nəfərin öldüyü Florida ştatında çıxış edən Tramp təbii fəlakət nəticəsində həlak olanların sayının çox az olduğunu deməsi narazılığa səbəb olub. Samir