Mosul şəhərinin qubernatoru Nofəl əl-Yaqub vəzifəsindən azad edilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, səlahiyyətlərindən sui-istifadə və dövlət malına ziyan vurma səbəbilə işdən çıxarılıb.
Qərar Mosul Vilayət Məclisində müzakirə edildikdən sonra səs çoxluğu ilə alınıb.
Nofəl əl-Yaqubun yerinə hələlik yeni təyinat açıqlanmayıb.