Rusiya Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının mövqelərinə növbəti dəfə hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, Rusiya ordusunun Tu-22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz-Zor bölgəsində yerləşən İŞİD mövqelərinə hava zərbələri endirib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, məhv ediləcək hədəflər kimi silah anbarları, texnikalar üçün sığınacaqlar və terrorçuların nəzarət nöqtələri seçilib.
Qeyd edək ki, Rusiya qırıcıları İran və İraq ərazisindən keçərək terrorçulara aviazərbələr endirib.