Özbəkistanın Mərkəzi Bankı vətəndaşalara xarici valyuta almaq icazəsi verib. Hələlik fiziki şəxslər yalnız beynəlxalq plastik kartla xarici valyuta ala bilərlər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, xarici valyuta almaq üçün bankın yerli şöbələrinə şəxsiyyəti təsdiq edən sənədlə müraciət etmək gərəkdir.
Valyutanın məbləği məhdud olacaq, həmin məbləği bank müəyyənləşirəcək.
Bu il sentyabrın 5-də Özbəkistan banklarında valyutadəyişmə məntəqələri yaradılıb. İki ayda banklar vətəndaşlardan 500 milyon dollar alıb.