Avropa İttifaqı Tehranda ofis açmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
İranın birinci vitse-prezidenti qeyd edib ki, sanksiyalar aradan qaldırıldıqdan sonra Avropa ilə münasibətlərin inkişafında intensivlik müşahidə olunur: "Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib”.