13 Noyabr 2017 15:01
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndən Ər-Riyada raket atılmasından sonra Səudiyyə Ərəbistanı siyasətində dəyişiklik edib.

Teleqraf.com-un məlumatına görə, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, ölkəsinin liderliyi ilə qurulmuş koalisiya Yəməndəki hava limanlarını yenidən açacaq.

Qeyd edək ki, noyabrın 4-də Yəməndəki husilər Ər-Riyada raket atıb. Bunun ardında koalisiya Yəməndə hava, dəniz və quru sərhədlərini bağlayıb. Səudiyyə bu tədbirlərin İranın müttəfiqi husilərə raket göndərməsinin qarşısını almaq üçün həyata keçirildiyini elan edib.

Husilər Yəməndə hakimiyyəti ələ aldıqdan sonra koalisiya qüvvələri Yəməni dəfələrlə bombardman edib.


Müəllif: Cavad

Oxşar xəbərlər