Kiyevdə tanıınmış gürcü jurnalist Tamaz Şaşviaşvili qaçırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili məlumat verib:
"Onun Ukraynada fəaliyyəti ilə bağlı akreditasiyası olub. Son olaraq onun qandallanaraq, kisəyə salındığı və naməlum istiqamətə aparıldığı bildirilib".
Saakaşvili əlavə edib ki, jurnalistlə yanaşı 2 dostu da yoxa çıxıb.