21 Noyabr 2017 21:09
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vergilər Xidməti keçmiş baş nazir Ovik Abramyanı 290 min dollar məbləğində cərimələyib.

O, məsələ ilə bağlı hazırkı baş nzir Karen Karapetyana müraciət edərək cərimənin 6 188 dollaradək azaldılmasını şəxsən xahiş edib.

Bundan xəbər tutan Ermənistan prezidenti Serj Sarqsyan təkrar yoxlama keçirilməsini tapşırıb. Bu yoxlamadan sonra cərimənin həcmi 330 min dollar olub.

Ovik Abramyana məxsus təbii qazdoldurma məntəqələri var. Ermənistan Vergilər Xidməti həmin məntəqələrdə yoxlama aparan zaman çoxsaylı pozuntular aşkarlayıb və bu səbəbdən onu cərimələyib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər