Səudiyyə Ərəbistanında göndərilən məktub Almaniyada 4 polis əməkdaşını və bir qadını xəstəxanalıq edib. Yaralılar qusma, göz yaşarması və mədə bulanması diaqnozu ilə müalicə alırlar.
Teleqraf.com xəbər verir ki, Dortmund şəhərində yaşayan bir xanın poçt qutusundan öz adına Səudiyyə Ərəbistanından göndərilən məktub alıb. Səudiyyə Ərəbistanında tanışı olmadığı üçün məktubdan şübhələnən qadın zərfi polisə tədim edib. Polis qadının ona verdiyi məktubu açıb. Zərfdə nə olduğu bilinməyən toz çıxıb. Tozdan təsirlənən qadınla birlikdə 4 polis əməkdaşı təcili xəstəxanaya aparılıb. Polis məntəqəsi isə bir müddət bağlanıb. Mütəxəssislər hazırda zərfdən çıxan toz maddəsini araşdırırlar.