27 Noyabr 2017 00:53
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə baş naziri Tereza Mayın dəvəti ilə Londona səfər edən Türkiyənin baş naziri Binali Yıldırım bu gün həmkarı ilə görüşüb, bir neçə vacib məsələni müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, Yıldırımın May ilə görüşündə qarşılıqlı maraq doğuran siyasi, həmçinin iqtisadi, təhlükəsizlik və müdafiə məsələləri müzakirə ediləcək. Tərəflər bundan başqa Suriya və İraqdakı vəziyyət, Kipr, Avropa Birliyi ilə əməkdaşlıq, terrorçuluğa qarşı birgə mübarizə məsələlərini müzakirə edəcəklər.

B.Yıldırımla rəhbərliyilə Böyük Britaniyaya Türkiyənin Avropa Birliyi naziri və baş müşavir Ömər Çelik, İqtisadiyyat naziri Nihat Zeybekci, Daxili İşlər naziri Süleyman Soylu, Müdafiə naziri Nurettin Canikli, AKP-dən Mehmet Mehdi Əker və hakim partiyanın deputatı Mustafa Əlitaş da səfər ediblər.

Yıldırım Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri və investorlarla da görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər