Türkiyə prezidenti Abdulla Gül, TBMM sədri Cəmil Çiçək, baş nazir Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğlu Konstitusiya Məhkəməsinin quruluşunun il dönümü münasibəti ilə təşkil edilən mərasimə qatılıb.
Konstitusiya Məhkəməsinin tədbiri Ali Divan Salonunda keçirilir.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, məhkəmənin quruluşunun 52-ci ildönümü ilə əlaqədar təşkil edilən tədbirdə çıxış edib.
Kılıç məhkəməyə qarşı digər strukturlara tabe olmaqda ittiham edənlərə sərt şəkildə cavab verdi.
Məhkəmə sədri onları "vicdandan sui-istifadə edənlər" adlandırdı.