ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın 6 müsəlman ölkəsinin vətəndaşlarına qarşı irəli sürdüyü viza qadağası ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, məhkəmə prezidentin bu təklifini müsbət dəyərləndirib.
Qadağalar Suriya, Liviya, Somali, İran, Yəmən və Çad vətəndaşlarına aid edilib.
Bu qərarın yaxın günlərdə Venesuela və Şimali Koreyaya da aid ediləcəyi bildirilib.