ABŞ-ın müdafiə büdcəsi təsdiqlənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, büdcədə Suriyada İŞİD terror təşkilatına qarşı döyüşən PKK-nın qolu sayılan YPG qruplaşmasına gələn il 500 milyon dollarlıq yardım göndərilməsi nəzərdə tutulub.
Pentaqonun büdcə hesabatında hazırda Suriyada 25 min amerikalı əsgərin olduğu, gələn il bu rəqəmin 30 minə çatacağı bildirilir.
İŞİD-in bölgədə zəiflədiyini bildirən ABŞ-ın bu il İŞİD-lə mübarizəyə 430 milyon, gələn il üçün isə 500 milyon ayırması diqqət çəkib.
Məlumatlara görə, ABŞ gələn il YPG silahlılarına 12 min ədəd Rusiya istehsalı AK-47 avtomatı, 6 min ədəd tapança, 3500 ədəd pulemyot, 3 min ədəd qumbaraatan, 1000 ədəd tank əleyhinə mina və sair silahlar göndərəcək. Bunların ümumi dəyəri 104 milyon dollardır. Bu silahların mərmiləri üçün isə ümumilikdə 150 milyondan çox pul xərclənəcək.
Bundan başqa, silahlılara 104 miylon dollar dəyərində minaaxtaran qurğular, pilotsuz uçuş aparatları və geyimlər təqdim olunacaq. Qalan pul isə Suriyada YPG-lilərin təlimi üçün xərclənəcək.
ABŞ-ın gələn il Suriyaya 50 hərbi təyyarə dolu silah və sursat göndərəcəyi bildirilib.