Türkiyə Dini Qurumlar Komitəsinin təşkilatçılığı ilə ölkənin müxtəlif yerlərində azan kursları açılıb.
Teleqraf.com xəbər verir ki, Yozgat vilayətindəki kursda dindarlara şar üfürmələri tapşırılıb. Kursun rəhbəri, Çapanoğlu Böyük Məscid İmam Hatibi Murat Tekin bildirib ki, 20 nəfərin qatıldığı kurs dörd gün davam edəcək. Öyrəncilərin səs tellərinin güclənməsi üçün onlara şar doldurmaları tapşırılıb.