Almaniyanın baş naziri Angela Merkel ölkəsində İsrail əleyhinə aksiyaların keçirilməsinə imkan verməyəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Merkel antisemitizm və hər cür düşmənçiliyin qarşısını alacaqlarını bildirib.
Hökumət sözçüsü Steffen Seibert isə bildirib ki, İsrail əleyhinə keçirilən aksiya bəzən yəhudilərə qarşı yönəldilir: "Yəhudilərin əleyhinə şüarların səsləndirilməsi "utanılacaq bir addım"dır.
Berlin bələdiyyə başqanı Mixail Müller aksiyalarda İsrail bayrağı və digər simvollarının yandırılmasına qarşı çıxaraq burada cinayət hallarına yol verildiyini bildirib.