Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenko ilə sonuncu dəfə bu ilin martında Maltada keçirdiyi görüşdən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Poroşenkonun təhdidlərindən söz açıb: “O, məni təhdid etdi. Məni vətəndaşlıqdan məhrum etməklə hədələdi və sonra da məhrum etdi. Ancaq mən Ukraynaya qayıdanda onlar məni konkret ittihamlarla təhdid etdilər”.
Saakaşvili əlavə edib ki, oliqarx Sergey Kurçenko ilə telefon danışıqları olmayıb: “Mənə maliyyə dəstəyini kiçik biznesmenlər göstərir. Bizə yardım edənlər nə oliqarxlardır, nə də Rusiya. Yoxsa bizim çoxlu pulumuz olardı”.
Mixail Saakaşvili Rusiya Prezidenti Vladimir Putinin düşməni olduğunu bir daha açıqlayıb.