Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.
Şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır.
Bir müddət əvvəl Rusiyanın “Kosmokurs” şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır./Trend/