20 Dekabr 2017 17:52
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın ötən il qətlə yetirilən Ankaradakı səfiri Andrey Karlovla bağlı tapşırıq verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ankara prokuroru Yuksəl Kocaman məlumat verib.

O bildirib ki, prezidentin tapşırığına əsasən, Karlovu qətlə yetirən sabiq polis əməkdaşı Mövlud Altındaşın telefonunun tam araşdırılması üçün bütün tədbirlər görülməlidir.

Qeyd edək ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankaradaqatıldığı sərgilərdən birində öldürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər