21 Dekabr 2017 11:46
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Daxili İşlər Nazirliyinin Qroznı İdarəsinə kiçik leytenant Xasməhəmməd Kadırovun rəis təyin edilməsi gənclərə göstərilən etimada nümunədir.

Teleqraf.com RBK-ya istinadla xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Canpolad Umarov deyib.

Yeni rəisin tabeliyində yüksək çinli zabitlərin olmasına münasibət bildirən nazir deyib ki, Xasməhəmməd Kadırov generalların edə bilmədiyini bacarır:

"O, Çeçenistanda narkobiznesə son qoyub, Qroznıda asayişin qorunmasında rol oynayıb və məhz bu səbəbə respublikamız cinayətkarlıq sahəsində ən axırıncı yerdə durur".

Xasməhəmməd Kadırovun prezident Ramzan Kadırovun qohumu olması sualına cavabda Canpolad Umarov deyib ki, burda hamı biri-birinə qohum-qardaşdır.

Qeyd edək ki, Xasməhəmməd Kadırov əvvəllər DİN-in Narkotik dövriyyəsinə qarşı mübarizə idarəsinə rəhbərlik edib.

Ramzan Kadırov bu təyinatı Çeçenistanın Daxili İşlər naziri ilə razılaşdırdığını deyib və Xasməhəmməd Kadırovun Suriyada iki rus uşağın xilas edilməsi əməliyyatına rəhbərlik etdiyini vurğulayıb.

Xasməhəmməd Kadırov hələlik Qroznının Polis İdarəsinə rəis əvəzi təyin olunub.


Müəllif: Mahir

Oxşar xəbərlər