Rusiyada prezidentliyə namizəd, teleaparıcı Kseniya Sobçak müxalifət lideri Aleksey Navalnının namizədliyinin qeydə alınmaması ilə bağlı fikirlərini bölüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, fikirlərini İnstaqram hesabında paylaşıb.
Kseniya Sobçak müxalifət liderinə onun seçki kampaniyasının siması olmağı təklif edib: “Bundan başqa, mən bütün demokratik müxalifəti birləşməyə çağırıram”.